Əsas Səhifə İdman Şəhidlərin xatirəsinə həsr olunmuş turnirin finalı – FOTOLAR

Şəhidlərin xatirəsinə həsr olunmuş turnirin finalı – FOTOLAR

7 dəqiqə oxundu
0
0
35
Ötən həftə Qazax Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə ”Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi “Qəhrəmanlar Unudulmur” adlı layihəsinin icrası çərçivəsində Qazax rayonunda aprel döyüşlərində şəhid olmuş Orucov Mühüd Qurban oğlu, Namazov Elvin Məmməd oğlu və Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə həsr olunmuş mini futbol turniri başa catıb.
Sosialxəbər-in məlimatına görə, Qazax Olimpiya İdman Kompleksində keçirilən final tədbirində idarə, müəssisə və təşkilat rəhbərləri, idmançılar, gənclər, “N” saylı hərbi hissənin əsgərləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları ilk öncə aprel döyüşlərində həlak olmuş bütün şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. “Gəncliyin təşəbbüsü maarifləndirmə” İctimai Birliyinin sədri, layihənin təşkilatçısı Azər Əliyev çıxış edərək keçirilən turnirin məqsəd və əhəmiyyətindən danışıb.
Bildirilib ki, turnir aprel döyüşlərində şəhid olmuş Orucov Mühüd Qurban oğlunun, Namazov Elvin Məmməd oğlunun və Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə həsr olunub. Turnirin keçirilməsində əsas məqsəd rayon gənclərinin asudə vaxtlarının düzgün və səmərəli təşkili, aprel döyüşlərində həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etmək, onların ailələrinə mənəvi dəstək olmaq, gənclərə vətənpərvərlik hisslərinin aşılanması və sağlam həyat tərzinin təbliğ olunmasından ibarətdir.
Sonra Qazax Rayon İcra Hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhəmməd Orucov, “N” saylı hərbi hissənin komandir müavini İlqar Abbasov, ehtiyatda olan baş leytenant, Qarabağ qazisi Kamil Musavi və başqaları çıxış edərək bu il aprel ayının əvvəllərində cəbhədə baş verən “4 günlük müharibə”nin nəinki Azərbaycan cəmiyyətində, eləcə də, regionda canlanma yaratmasından, igidlərimizin şəhidlik zirvəsinə ucalmaqla yeni tarix yazmalarından, Vətən uğrunda canı, torpağa tökülən qanı ilə əbədi olaraq xalqımızın yaddaşında qalacaqlarından söz açıblar. Daha sonra hər üç şəhidin valideyni – Qurban Orucov, Məmməd Namazov və Məhəmməd Əliyev çıxış edərək övladlarının xatirəsini əziz tutduqlarına, yaddan çıxarmadıqlarına görə əməyi keçən hər kəsə ailələri adından öz dərin minnətdarlıqlarını çatdırıblar.
Məlumat üçün bildirək ki, 10 gün ərzində gərgin idman mübarizəsi şəraitində keçən turnirdə ümumilikdə Qazax və Ağstafa rayonlarından 22 komandanın 220 idmançısı iştirak edib. Final qarşılaşması “N” saylı hərbi hissənin “Hərbçilər” və Ağstafa rayonundan olan “Qarabağ” komandası arasında olub.
Qalib komanda adına isə 6-3 hesabı ilə “Hərbçilər” komandası layiq görülüb. Qazax Dövlət Sosial İqtisadi Kollecin komandası isə III yerə çıxıb.
Sonda müxtəlif nominasiyalar üzrə turnirdə iştirak edən idmançılara Diplom və medal təqdim olunub. Tədbirin yaddaqalan məqamlarından biri də o olub ki, qalib komandanın üzvləri qazandıqları medalları şəhidlərimizin analarına təqdim ediblər.
Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin İdman

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…