Müqəddəs Qurani-Kərimdə şəhidlik cənnətin ən yüksək guşəsində insanın ucaldığı ən yüksək zirvədir!
Məhəmməd Peyğəmbər Əleyhissəlam (s)

Allah, vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq.
Əsrlər keçməyinə baxmayaraq xalq tərəfindən əsla unudulmayan insanlardır şəhidlər.
Tarix boyu inanan millətləri zəfərdən zəfərə aparan səbəb də vətənə xidmət etmək və şəhid olmaq arzusu olmuşdur.
Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır şəhidlər.
Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmamalıdırlar. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır.
Onlar bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır.
Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir.

Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir!
Şəhidlər azadlığın od-şimşək zərrəsidir!
Şəhidlər tarixləşən – istiqlal türbəsidir!
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!
Şəhidlər azadlığın uca heykəl daşıdır!
Şəhidlər unudulmaz və ölməzdirlər!
Şəhidlər ana yurdu tutdular candan baha!
Şəhidlər yollar açdı, qaranlıqdan sabaha!.
Şəhidlər ölməz ruhla, gedir üzü Allaha!

Müharibə şəraitində olan ölkəmizdə bəzi vətəndaşların və adiyyəti qurumların şəhidlərimizə qarşı biganəliyi böyüməkdə olan yeniyetmə və gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmalarına mənfi təsir göstərir.
Cəmiyətimizdə, əsasən də gənclər arasında vətənpərvərlik hissinin aşılaması, şəhidlərimizin həyat səlnaməsinin örnək kimi təbliğ edilməsi, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin ən önəmli istiqamətlərindən biridir.
Elə bu məqsədlədə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, həyata keçirtdiyi “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsinin əsas məqsədi, Bakıda və regionlarda, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşların məzarlarını və onların xatirələrini əbədləşdirmək üçün ucaldılmış abidələrinin, xatirə güşələrinin vəziyətlərinə manitoring apararaq, şəhidlərimizə vətəndaşların diqqət və sayğısını artırmaqdır.
Canlarını vətən, millət, dövlət uğrunda qurban vermiş şəhidlər həm dini nökteyi nəzərdən, həmdə bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolçulardırlar. Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunacaqlar.
Şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olub və bundan sonrada örnək olacaqdır.
Azərbaycanın bu günkü nəsli də, gələcək nəsili də şəhidlərin qəhramanlığlarından və vətənpərvərlik nümünələrindən nəsildən-nəsilə nümünə göstərərək, Azərbaycan xalqının milli azadlığını, respublikamızın müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş insanların adı daimi qəlbimizdədir! Onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz! Nəqədər Azərbaycan Xalqı, Azərbaycan dövləti var şəhidlərimizdə yaşayırlar və yaşayacaqlar!

Allah Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!

Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti,
«Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə
dəstək mərkəzi»-nin direktoru Sərraf Oruc