Əsas Səhifə Hadisə Şəkidə məclis təşkil edənlər cərimələndi

Şəkidə məclis təşkil edənlər cərimələndi

2 dəqiqə oxundu
0
0
452

Şəki Şəhər Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Aşağı Layısqı kənd sakini Mehman Yusifovun xüsusi karantin rejimini pozaraq məclis təşkil etməsi barədə məlumat daxil olub.

Sosialxəbər.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəliblər.

Ev sahibi M.Yusifovun 20-dən artıq şəxsi bir yerə toplayaraq məclis təşkil etdiyi və karantin rejimi qaydalarını pozduğu aşkar edilib.

Polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin və insanların bir yerə toplaşmasının qarşısı alınıb. Həmçinin, orada olanlara karantin rejiminin qaydaları və tələbləri bir daha izah olunub.

Məclisi təşkil edən 5 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək hər biri 200 manat məbləğində cərimələnib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Bunu da oxu

Baş prokurorun müavinlərinin sayı artırıldı

Baş Prokurorluğun struktur qurumlarının sayı 15-dən 18-ə çatdırılıb. Sosialxəbər.az  xəbər…