Rusiyada gömrük əməkdaşları ayaqqabılarında sərhəddən 2 kiloqram qızıl keçirmək istəyən qadını yaxalayıblar.

Sosialxəbər.az xəbər verir ki, gömrük işçiləri qadın həyəcanlı olduğuna görə ondan şübhələniblər.

Qızıl külçələri stasionar metal detektoru aşkarlayıb. Onlar qadının ayaqlarındakı krosovkalarda imiş. Qaçaqmal qızılın ümumi dəyəri 4 milyon rubldur (104 min manat).

Qadın barəsində cinayət işi qaldırılıb.