Əsas Səhifə Cəmiyyət Şəxsi nəqliyyatla rayonlara gediş-gəlişə icazə verilməsinin tərəfdarıyam

Şəxsi nəqliyyatla rayonlara gediş-gəlişə icazə verilməsinin tərəfdarıyam

4 dəqiqə oxundu
0
0
436

əxsi nəqliyyatla rayonlara gediş-gəlişə icazə verilməsinin tərəfdarıyam.

Sosialxəbər.az bildirir ki, Bunu Axar.az-a millət vəkili Fazil Mustafa baş infeksionist Cəlal İsayevin rayonlara gediş-gəlişə şəxsi nəqliyyat vasitəsilə icazə verilməsi təklifi haqda danışarkən deyib. O bildirib ki, təhlükə aradan qaxdıqdan sonra avtobuslardan istifadəyə icazə verilə bilər:

“Koronavirusa yoluxmamaq üçün ən yaxşı variantlardan biri rayonlara gediş-gəlişin şəxsi avtomobillə olmasıdır. Vətəndaşlarımızın böyük əksəriyyətinin olmasa da, müəyyən qisminin şəxsi avtomobili var. Epidemiya vəziyyətində məsələnin yüngülləşdirici variantına baxılır. Bu məsələyə daha fərqli yanaşmalı və asanlaşdırıcı yol tapılmalıdır. Paytaxtda da avtobusdan istifadə əvəzinə şəxsi avtomobillərdən istifadəyə tam sərbəstlik verilməsinin tərəfdarıyam. Bu gün avtobusda yoluxma riski daha çoxdur. Belə bir vəziyyətdə yüngülləşdirici hansı variant varsa, onu tətbiq etmək lazımdır. Gələcəkdə təhlükə riski azalarsa, şəhərlərarası və rayonlarası avtobuslardan istifadəyə də imkan vermək olar”.

Professor Adil Qeybulla isə bildirib ki, rayonlarla paytaxt arasında gediş-gəlişin bərpası üçün sxem qurulmalıdır:

“Bəzən avtobusda kimsə xəstəliyin daşıyıcısı olur, lakin maskadan istifadə etmir. Səfəri bir neçə saatlıq davam edən avtobuslarda insanların virusa yoluxma ehtimalı çoxdur. Avtobuslarda sosial məsafəni gözləmək, maska taxmaq lazımdır. Sərnişinlər giriş və çıxışda da dezinfeksiya edilməlidir. Bundan başqa, kondisioner işlətməmək şərtilə avtobuslardan istifadə etmək olar. Rayonlararası gediş-gəliş bərpa edilərsə, bütün bunlar düşünülməlidir”.

Qeyd edək ki, baş infeksionist Cəlal İsayev rayonlara gediş-gəliş bərpa ediləcəyi təqdirdə böyük avtobuslardan istifadənin qadağan edilməsini təklif edərək, şəxsi avtomobillərdən istifadəyə üstünlük verilməsinin lazım olduğunu bildirib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…