Əsas Səhifə QHT - lər Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” ictimai birliyi yeni bir layihənin icrasına başlayıb

Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” ictimai birliyi yeni bir layihənin icrasına başlayıb

4 dəqiqə oxundu
0
0
158

“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” ictimai birliyi yeni bir layihənin icrasına başlayıb.

“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aprel döyüşləri və şəhidləri haqqında sağlamlıq imkanları məhdud internat məktəbliləri arasında maarifləndirmə tədbirlərinin keçirilməsi, onlara sosial dəstəyin təşkili” adlı layihənin icrasına başlayıb.
Layihədə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə və Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 87 nəfər həlak olmuş hərbi qulluqçusu barəsində sağlamlıq imkanları məhdud internat məktəblilərinin məlumatlandırılması, maarifləndirilməsi nəzərdə tutulub. Layihə dövründə maarifləndirici kitabçanın hazırlanıb nəşr olunması nəzərdə tutulub. Eyni zamanda layihənin icrası dövründə aztəminatlı ailələrə ərzaq yardım paketi tədqim olunacağı planlaşdırılır..

Sosialxəbər.az xəbər verir ki, Təşkilatın rəhbəri Rövşən Ağamalıyev bildirib ki, həyata keçirilən layihədə əsas məqsəd Azərbaycan dövlətinə dəstək və yaxından kömək etmək məqsədi ilə təbliğatı gücləndirərək, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, dörd günlük müharibə-Aprel döyüşləri və bu döyüşlərdə həlak olan igid Azərbaycan oğulları barəsində sağlamlıq imkanları məhdud internat məktəbliləri məlumatlandırmaq və maarifləndirmək,
görüləcək işlərlə dövlət siyasətinə dəstək verməkdir.
Qeyd edək ki, sözügedən layihə 4 ay müddətində Bakı şəhərində həyata keçiriləcək.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin QHT - lər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…