Əsas Səhifə Digər Sabah Bakıda intensiv yağış yağacaq

Sabah Bakıda intensiv yağış yağacaq

2 dəqiqə oxundu
0
0
100

Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gecə yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.

Sosialxəbər.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 19-21, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 25-30, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 16-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Digər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni xalqı sülh şəraitində yaşamaq istəyirsə

Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb ets…