Əsas Səhifə Slide-az Sabah dərs başlayır, direktor 10 şagirdi məktəbə buraxmır: Nazirlik isə “gözləsin” deyir – Sumqayıtdan ŞİKAYƏT

Sabah dərs başlayır, direktor 10 şagirdi məktəbə buraxmır: Nazirlik isə “gözləsin” deyir – Sumqayıtdan ŞİKAYƏT

3 dəqiqə oxundu
0
0
77

Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin direktoru Xanım Əhmədova onlayn qeydiyyatdan keçmiş, 1-ci sinfə gedəcək 10 uşağın sənədlərini geri qaytarıb.

Bununla bağlı Cebhe.info-ya valideynlərdən biri şikayət edib. Şikayətçi bildirib ki, 1 ay əvvəl övladını onlayn qeydiyyatdan keçirib: “Sənədlərinin tam qaydasında olmasına baxmayaraq, Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin direktoru Xanım Əhmədova ümumilikdə 10 uşağın sənədlərini qəbul etmir. Bizə deyirlər ki, məktəbdə 1-ci sinif müəllimləri üçün nəzərdə tutulan uşaq sayı tamamlandığı üçün yerdə qalan 10 uşağı götürə bilməzlər. Sabah dərs başlayır. Bunların məntiqi ilə belə çıxır ki, 10 uşaq təhsilsiz qalacaq. Birinci sinifin uşaqların gələcəyi üçün nə dərəcədə önəmli olduğu məlumdur.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxladıq. Şikayəti diqqətə çatdırdıqdan sonra nazirliyin sözçüsü ilə söhbətimizi olduğu kimi təqdim edirik:

V.M:
-Məktəbə qəbul olunmayan uşaqların valideynləri nə etsin?
C.V:
-Gözləmə siyahısı var, orada gözləsin.
V.M:
-Sabah dərs başlayır axı…
C.V:
-Başa düşürəm, gözləmə siyahısında həftənin sonunadək gözləsin, müvafiq olaraq ona cavab veriləcək.
V.M:
-Onlayn qeydiyyatdan keçən uşaqlarda belə problem olur?

C.V:
-Yox, əslində onu yerləşdirməlidirlər.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Təhsil Şöbəsi və sözügedən Sumqayıt şəhər 31 nömrəli məktəblə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni xalqı sülh şəraitində yaşamaq istəyirsə

Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb ets…