Əsas Səhifə Hadisə Sabirabadda xınayaxdı təşkil edənlər cərimələndi

Sabirabadda xınayaxdı təşkil edənlər cərimələndi

2 dəqiqə oxundu
0
0
935

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

Sosialxəbər.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinə rayonun Əsədli kəndindəki fərdi yaşayış evlərinin birində karantin rejiminin qaydalarına zidd olaraq 10 nəfərə yaxın şəxsin toplaşaraq xınayaxdı məclisi təşkil etməsi barədə məlumat daxil olub.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəlib və orada karantin rejiminin tələblərinin pozulduğu aşkar edilib.

Mərasim dayandırılıb və orada olanlardan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub, digərlərlərinə isə ciddi xəbərdarlıqlar edilib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Cəlilabad rayonunda yol qəzası baş verib

Cəlilabad rayonunda yol qəzası baş verib. Sosialxəbər.az Report-a istinadən xəbər verir ki…