Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Sosialxəbər.az xəbər verir ki, hadisə Şəhər şosesində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili yolu keçməyə çalışan 49 yaşlı Rufan Bağırovu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.