Əsas Səhifə Cəmiyyət Sahibkarlığın inkişafı ilə bağlı Strateji Yol Xəritəsinin icrasına ictimai dəstəyin artırılması

Sahibkarlığın inkişafı ilə bağlı Strateji Yol Xəritəsinin icrasına ictimai dəstəyin artırılması

8 dəqiqə oxundu
0
0
611

“Bilik və Maarifçiliyin Inkişafı” ictimai birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınin maliyyə dəstəyi ilə “Sahibkarlığın inkişafı ilə bağlı Strateji Yol Xəritəsinin icrasına ictimai dəstəyin artırılması” layihəsinin icrasına başlamışdır. Layihənin icrası Gəncə şəhərində həyata keçiriləcəkdir.

Bu barədə Sosialxəbər.az-a Birliyin mətbuat xidmətindən bildirilib. Layihənin əsas məqsədi– sahibkarlığın inkişafı ilə bağlı Strateji Yol Xəritəsinin icrasına ictimai dəs-təyin artırılmasıdır.

Layihə çərçivəsində, sahibkarlığın inkişafı ilə bağlı Strateji Yol Xəritəsinin icrasına ictimai dəstəyin artırılması məqsədilə ictimai məlumatlandırma kampaniyalarının, sahibkarlığin inkişafı, biznes mühitin yaxşılaşdırılması ilə bağlı təşviqedici tədbirlərin həyata keçirlməsini nəzərdə tutulan distant təlim, vebinar və məsləhət xidmətinin təşkili və məlumat- məsləhət xidmətinin göstərilməsi nəzərdə tutulur.
Belə ki:
Layihə icrası dövründə ilk öncə regionda sahibkarlığın təşviqi ilə bağlı məlumatlandırma kampaniyaları keçiriləcək və iştirakçıların seçimi ilə bağlı sorğu keçiriləcəkdir. Sahibkarlığın inkişafında maraqlı olan tərəflərin birləşdirilmiş resursları formalaşdırılacaq, ekspertlər müəyyənləşdiriləcəkdir.

Növbəti mərhələdə, “Elektron Hökumət” portalı resursları. Vergilər Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Statistika Komitəsinin, İqtisadiyyat Nazirliyinin və digər dövlət qurumlarının təqdim etdikləri elektron xidmətlər”, “Sahibkarliq subyektlərinin qaz, su və elektrik təchizatı şəbəkələrinə qoşulma və istifadə prosedurları” mövzularında vebinarlar təşkil ediləcəkdir. Bundan başqa “Azmühasib” (1C Mühasibat) mühasibatlığın kompyuterdə işlənilməsi proqramı” , “Öz biznesinə başla” modulu üzrə distant və ya birbaşa təlim sessiyaları keciriləcəkdir.

Layihənin 3-cü ayından başlayaraq, paralel olaraq, formalaşdırılmış təlim qrupu üzvləri və digər hədəf qrupu təmsilçiləri üçün “Biznes planın hazırlanması”, ”Elektron xidmətlərdən istifadə”, “Bazar araşdırmalarının aparılması” və digər aktual mövzularda məlumat-məsləhət xidməti göstə-riləcəkdir.

Sonda ərizəçi təşkilatın, maraqlı tərəflərin və sahibkarlıq subyekti və digər hədəf qrupu təmsilçilərinin iştirakı ilə layihənin yekununa və uğur nəticələrinə həsr olunmuş distant seminar-görüş keçiriləcəkdir.
Layihə fəaliyyətləri nəticəsində 40 sahibkarlıq subyekti və digər hədəf qrupu təmsilçiləri, sahib-karlığin inkişafı, biznes mühitin yaxşılasdırılması ilə bağlı, keşirilmiş distant təlim və vebinarlardan faydalanacaqdır. Eyni zamanda . Sahibkarlıq subyektləri və digər hədəf qrupu təmsilçiləri sahib-karlıq fəaliyyətinin müxtəlif aspektləri, o cümlədən biznes planın hazırlanması, təsərrüfat mübahisələrin hüquqi tənzimlənməsi, biznesin aparılmasnda elektron xidmətlərdən istifadə mövzularında göstəriləcək 48 məlumat-məsləhət xidmətindən(ən azı 48 xidmətdən) fayda-lanacaqdır.
Sahibkarlığin inkişafı və biznes mühitinin yaxşılaşdırilması ilə bağlı, 11 dövlət gurumunun və publik hüquqi şəxslin layihə fəaliyyətlərində müxtəlif səviyyəli iştirakçılığı nəzərdə tutulur. Əldə ediləcək uğur nəticələri özünüməşğulluq və sahibkarlıq fəaliyyətinin təşviqinə və “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrasına əhəmiyyətli bir töhfə verəcəkdir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni xalqı sülh şəraitində yaşamaq istəyirsə

Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb ets…