Salyanda baş vermiş yol qəzasında 3 nəfər xəsarət alıb.

Sosialxəbər.az Oxu.Az-a istinadən bölgə müxbirinin məlumatına görə, hadisə yeni Ələt-Astara magistral yolunun Noxudlu kəndi ərazisindən keçən hissəsində baş verib.

Salyan sakini, 1993-cü il təvəllüdlü Əliyev Əmrah Füzuli oğlunun idarə etdiyi “Mersedes” markalı avtomobil başqa bir minik maşını ilə toqquşub.

Qəza zamanı “Mersedes”in sürücüsü və avtomobildə olan sərnişinlər, Cəlilabad rayonunun sakinləri, 1951-ci il təvəllüdlü Bəhramov Kazım Qasımxan oğlu və onun oğlu Bəhramov Elvin Kazım oğlu müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.