Əsas Səhifə Başliqlar Şamaxıda baş verən yanğınla bağlı müşavirə keçirilib

Şamaxıda baş verən yanğınla bağlı müşavirə keçirilib

3 dəqiqə oxundu
0
0
9

Şamaxıda baş verən yanğınla bağlı müşavirə keçirilib.

Sosialxəbər.az xəbər verir ki, müşavirədə yanğının nəticələrinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin, o cümlədən, hadisədən ziyan çəkənlərin şikayətlərinə baxılması, qarşıya çıxan problemlərin aradan qaldırılması yolları müzakirə edilib.

Çıxışlar zamanı mövcud əkin sahələri arasında şumun çıxarılmasının vacibliyi vurğulanıb və bu işlərin bir həftə ərzində yekunlaşdırılması barədə göstəriş verilib.

Baş verə bilcək bənzər hadisələrin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi, bununla yanaşı, hər bir kənddə insanlar arasında maarifləndirici danışıqların aparılması ilə bağlı mühüm tapşırıqlar verilib. Görülən işlər barədə bilavasitə rayon icra hakimiyyətinə ətraflı məlumat verilməsi tapşırılıb.

Qeyd edək ki, ötən gecə Şamaxı rayonunun Göylər kəndi ərazisində təxminən, 150 ailəyə məxsus 60 hektar biçilməmiş, 100 hektar biçilmiş taxıl və 40 hektar otlaq sahəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Rayon İcra Hakimiyyəti tərəfindən hadisənin qarşısının alınması, yanğının ətraf kəndlərə və ərazilərə yayılmaması istiqamətində operativ tədbirlər həyata keçirilib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Başliqlar

Bir cavab yazın

Bunu da oxu

Ağır xəstələr qarşısında absurd tələb: “Dərmanlara qənaət edin”

Sosialxeber.az bildirir ki, Dövlətin dərmanını onun vətəndaşına qıymırlar, bu, nə dərman x…