Two women shopping at a grocery store

Dövlət sanitariya-epidemioloji xidmətinin qida məhsullarının istehsalı, daşınması, saxlanması və satışı obyektlərində yoxlama aparması hüququ ləğv edilir. Sosialxəbər.az-ın məlumatına görə, bununla bağlı “Sanitariya-epidomoloji salamatlıq haqqında” qanuna yeni təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının dövlət sanitariya-epidemioloji xidməti qida məhsullarının istehsalı, daşınması,s axlanması vəs atışı obyektlərində yoxlama apara bilməyəcəklər.

Bununla bağlı qanunun Azərbaycan Respublikasının dövlət sanitariya-epidemioloji xidməti aşağıdakı hüquqlarına aid olan 34-cü maddəsində 1-ci hissəsinə “Qida məhsullarının istehsalı, qablaşdırılması, daşınması, saxlanması vəs atışı obyektləri istisna olmaqla” sözləri əlavə edilib. Bununla da d övlət sanitariya-epidemioloji xidmətinin Qida məhsullarının istehsalı, qablaşdırılması, daşınması, saxlanması vəs atışı obyektləri istisna olmaqla digər obyektlərdə yoxlama aparmaq səlahiyyəti saxlanılır.

Layihə plenar iclasa tövsiyə olunub.