Əsas Səhifə Cəmiyyət “Sapı özümüzdən olan baltalar kiminsə nökəri olmaqdan ləzzət alırlar” ÖZƏL-MÜNASİBƏT

“Sapı özümüzdən olan baltalar kiminsə nökəri olmaqdan ləzzət alırlar” ÖZƏL-MÜNASİBƏT

4 dəqiqə oxundu
0
0
413

“Azadlıq”, “Amerikanın səsi” radiolarında deyilənlər ermənilərin diqtəsi ilə ifad’ edilir və bu satqınlıqdan başqa bir şey deyildir. Sosialxəbər.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva deyib.

İctimai Birliyin sədrinin sözlərinə görə, sapı özümüzdən olan baltalar həmişəki kimi xəyanətkarlıqlarını nümayiş etdirir, kiminsə qulu, nökəri olmaqdan ləzzət alırlar. “Dünya ölkələrində azərbaycanlıların keçirdikləri aksiyalara qarşı aqressivlik nümayiş etdirilməsi Azərbaycan dövlətinə, xalqına düşmən mövqe tutanların, ələlxüsus ermənilərin və ermənipərəstlərin sifarişidir. Heç şübhəsiz ki, Azərbaycanın istər cəbhə xəttində, istərsə də dünya arenasında diplomatik qələbələri düşmənlərimizi qıcıqlandırır. Heç zaman belə bir məğlubiyyətlə qarşılaşmayan ermənilərin yuxuları ərşə çəkilib və bu, əslində başadüşüləndir. Ermənilər özləri də açıq şəkildə etiraf edirlər ki, Ermənistanın və ermənilərin tarixində belə bir anti-erməni qərar olmayıb. Belə olan təqdirdə ermənilər və onların havadarları anti-Azərbaycan fəaliyyətlərini gücləndirirlər. Əfsuslar olsun ki, belə bir fəaliyyətə qoşulan, dövlətimizin, ölkəmizin əleyhinə çalışanlar arasında sapı özümüzdən olanlar da var. Xəyanətkarlıq nümayiş etdirən belə insanlar kimlərinsə, ələlxüsus ermənilərin qulu, nökəri olmağı özlərinə rəva bilirlər və onları bütün əmrlərinə tabe olaraq ölkəmizə, dövlətimizə, dövlətçiliyimizə qarşı fəaliyyət sərgiləyirlər. Bu xəyanət bağışlanmazdır və belələri xalq qarşısında, dövlət qarşısında, qanun qarşısında cavab verməlidirlər”, deyə Mehriban Abdullayeva bildirib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Neft ucuzlaşdı

Dünya birjalarında neft qiymətləri ötən günlə müqayisədə ucuzlaşıb. Sosialxəbər.az xəbər v…