Fərqli bir aspektdən baxdıqda, “Sarı jiletlilər” aksiyası mənim üçün çox müsbət oldu, necə bir lider olmağımı xatırlatdı.

Sosialxəbər.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.

“Yəqin ki, ölkəmin faydası üçün həyata keçirmək istədiyim islahatların xalqa qarşı olduğu təsəvvürü yaranmışdı. Əslində belə deyildi. Yeni hədəfim xalqın tələblərini nəzərə alaraq islahatlar aparmaqdır”, – Makron vurğulayıb.

Qeyd edək ki, Fransada son 10 ay ərzində mütəmadi olaraq “Sarı jiletlilər” aksiyası keçirilib.