Əsas Səhifə Cəmiyyət “Sarı kəsişmə toru” yenidən tətbiq olunur

“Sarı kəsişmə toru” yenidən tətbiq olunur

2 dəqiqə oxundu
0
0
142

Yol kəsişmələrində “sarı kəsişmə toru”nun tətbiqi istiqamətində işlərin növbəti mərhələsinə başlanılıb. Bu çərçivədə əsasən şəhərin mərkəzi hissəsini əhatə edən yol kəsişmələrində müvafiq nişanlanma işləri aparılacaq.

Sosialxəbər.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən Axar.az-a verilən məlumata görə, bununla yanaşı 15 yol kəsişməsində təşkil edilən sarı kəsişmə toru nişanlanma xətlərinin yenilənməsi işləri də icra olunur.

Ümumilikdə 74 yol kəsişməsində sarı kəsişmə torunun tətbiqi nəzərdə tutulmuşdur. Sarı kəsişmə toru nişanlanmasının təşkilində məqsəd yol kəsişmələrində nəqliyyatın tıxanmasının qarşısını almaq, maneəsiz hərəkəti təmin etmək və yol hərəkəti təhlükəsizliyinin səviyyəsini artırmaqdır.

Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanununun 75-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan yolayrıcını keçmə qaydalarına riayət etmələrini sürücülərimizdən xahiş edirik. “Sarı kəsişmə toru”-nun tələblərinə əməl edib ümumi hərəkətə maneə yaratmayan sürücülərimizə isə təşəkkür edirik.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Kontakt Home” əsgər ailələrinin kreditini dondurdu

“Kontakt Home” elektron məişət məhsulları mağazası maraqlı aksiyaya start veri…