Əsas Səhifə Dünya Sarkisyan saxtalaşdırmaya getdi – 100 milyon xərclənəcək

Sarkisyan saxtalaşdırmaya getdi – 100 milyon xərclənəcək

2 dəqiqə oxundu
0
0
29

Ermənistan hakimiyyəti parlament seçkilərinə 100 milyon dollardan artıq vəsait ayırıb. “Armtimes” xəbər verir ki, vəsaitin böyük bir hissəsi gizli şəkildə dövriyyəyə daxil edilir. Məlumata görə, Sarkisyan hakimiyyəti iqtidarın deputatlığa namizədləri üçün ən azı 10-15 min dram xərcləməyi düşünür.

Bundan əlavə digər namizədlər də xüsusilə reytinq sisteminə astronomik vəsait yatırmaq eşqinə düşüblər.

Deputat Eqine Bişaryan bəyan edib ki, ötən seçkilərdə olduğu kimi bu il də Ermənistanda oliqarxlar pul kisələrinin ağzını açaraq səsləri almağa başlayıblar.

Ermənistanın hakim Respublika partiyasının təşkilat komissiyasının sədri bu məlumatın həqiqəti əks etdirmədiyini bildirib: “Deyilənlərin hamısı yalandır. Əgər onların əlində belə bir fakt varsa, ölkənin hüquq-mühafizə orqanlarına müraciət etsinlər”.

Ümumilikdə isə erməni KİV-lərində seçkiqabağı Ermənistanda siyasi gərginliyin artdığı, namizədlər arasında səslərin pulla alınması haqda müxtəlif məlumatlar yayılır. Bildirilir ki, erməni oliqarxalar öz namizədlərini deputat seçdirmək üçün küllü miqdarda pullar xərcləyirlər. İqtidarın namizədlərin isə xaricdəki erməni lobbisi və iş adamları maliyyələşdirir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…