Əsas Səhifə Qarabağ Sarkisyanın Azərbaycana qəfil SƏFƏRİNİN SİRRİ – Yeni Qarabağ PLANI

Sarkisyanın Azərbaycana qəfil SƏFƏRİNİN SİRRİ – Yeni Qarabağ PLANI

3 dəqiqə oxundu
0
0
7

Ermənistan prezidenti Armen Sarkisyan bu gün Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.

Sosialxəbər.az xəbər verir ki, Sarkisyanın Azərbaycan torpaqlarına gəlişinin Qarabağla bağlı yeni planla əlaqədar olduğu deyilir.

Qarabağdakı qondarma rejimin “prezidenti” Bako Saakyan Xankəndidəki etiraz aksiyalarından sonra “güc strukturlarının rəhbərlərini” istefaya göndərdi, ardınca bəyan etdi ki, o, 2020-ci ildə keçiriləcək “prezident seçkilərində” namizəd olmayacaq.

Erməni siyasi şərhçi Akop Badalyan iddia edir ki, Qarabağda “seçkilər” daha tez keçiriləcək və Sarkisyanın səfəri də bununla bağlıdır.

“Cəbhədə vəziyyət gərginləşir, Azərbaycan bir sıra ərazilərə nəzarəti ələ keçirdiyini açıqladı. Buna paralel olaraq, Xankəndidə “siyasi vəziyyət” qarmaqarışıqdır. Bu kontekstdə Armen Sarkisyanın Qarabağa gedişi diqqət çəkir. Məqdəs Qarabağda vəziyyətə nəzarəti ələ almaqdır”, – deyə o yazıb.

Erməni şərhçi son günlər regionda baş verən hadisələri xatırladıb və qeyd edib ki, Armen Sarkisyanı Qarabağa Bako Saakyan dəvət edib: “Görünür, Qarabağla bağlı hələki məlum olmayan hansısa plan hazırlanır”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Qarabağ

Bir cavab yazın

Bunu da oxu

Ağır xəstələr qarşısında absurd tələb: “Dərmanlara qənaət edin”

Sosialxeber.az bildirir ki, Dövlətin dərmanını onun vətəndaşına qıymırlar, bu, nə dərman x…