Çili parlamentinin yuxarı palatası olan Senat prezidentin metro qiymətlərinin artırılmasıyla bağlı qərarını ləğv etməyə imkan verən qanun layihəsini təsdiqləyib.

Sosialxəbər.az xəbər verir ki, bu məlumat Senatın saytında yer alıb. Qanun layihəsinə 39 senator dəstək verib.

Qeyd edək ki, bundan öncə Çili prezidenti metro qiymətlərinin artırılmasıyla bağlı parlamentə müraciət edib. Parlamentin aşağı palatasında qanun layihəsi 103 səslə təsdiqlənib.

Bunun ardınca isə kütləvi aksiyalara start verilmişdi. Aksiyalardakı toqquşmalar zamanı ölənlərin sayının 10-u keçdiyi bildirilirdi