Əsas Səhifə Digər Sentyabr ayında 19 rayon və şəhərdə əmək yarmarkası keçirilib

Sentyabr ayında 19 rayon və şəhərdə əmək yarmarkası keçirilib

3 dəqiqə oxundu
0
0
4

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən sentyabr ayında ölkənin 19 rayon və şəhərində (Abşeron, Ağcabədi, Ağdam, Ağdaş, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Goranboy, Qobustan, Lənkəran, Salyan, Tovuz, Ucar, Yardımlı, Zaqatala, Zərdab) işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə əmək yarmarkaları keçirilib.

Bu barədə sosialxəbər.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatında deyilir. Yarmarkalarda ümumilikdə 408 müəssisə üzrə 5104 vakant iş yeri təqdim edilib. İşaxtaran və işsiz vətəndaşlara vakant iş yerləri təqdim olunan işəgötürənlərin nümayəndələri ilə birbaşa ünsiyyət imkanı yaradılıb. Bu aktiv məşğulluq tədbirlərində işaxtaran və işsiz vətəndaşlara seçimləri üzrə və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə 1208 göndəriş verilib.

Peşə və ixtisası olmadığından özünə münasib iş yeri tapa bilməyən, yaxud peşə bacarığına uyğun iş olmadığı üçün peşəsini dəyişmək istəyən 85 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıb. 50 nəfər isə istəklərinə uyğun olaraq ödənişli ictimai işlərə göndərilib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Digər

Bir cavab yazın

Bunu da oxu

“Niyədə Yox” verlişinin ilk qonağı ƏSMİD İctimai Birliyinin sədri Səbinə Kərimova oldu

Bu gün radiofm.az yeni verlişinin izləyicilərə təqdim etdi. Sosialxəbər.az xəbər verir ki,…