Bu gün aprel döyüşlərində şəhid olan əsgər Mahir Quliyevin doğum günüdür. Sosialxəbər-in məlumatına görə, Quliyev Mahir Qadir oğlu 21 dekabr 1993-cü ildə anadan olub. Əslən Naxçıvan şəhəri Şərur rayonu Qorçulu kəndindən olan Mahir Bakı şəhərinin Yasamal rayonunda böyüyüb. O, 2011-ci ildə orta ümumtəhsil məktəbini bitirib və Azərbaycan Texniki Universitetinə qəbul olub. 2015-ci ildə ali təhsilini başa vurduqdan sonra iyul ayında həqiqi hərbi xidmətə çağırılıb.

Əsgər Quliyev aprel döyüşlərində iştirak edib. Seysulan kəndində aparılan əməliyyatlar zamanı qəhrəmanlıq göstərib. Ermənilərin zirehli texnikasını-tankını məhv etdikdən sonra yaralanıb. Hərbi əməliyyatlar zamanı döyüş dostlarını xilas edərkən düşmən gülləsinə tuş gəlib.

Mahir Quliyev aprelin 9-da III Fəxri Xiyabanda torpağa tapşırılıb.