Əsas Səhifə Cəmiyyət Stratfor:“Səfirinin qətlə yetirilməsi Rusiya-Türkiyə münasibətlərini pozmayacaq”

Stratfor:“Səfirinin qətlə yetirilməsi Rusiya-Türkiyə münasibətlərini pozmayacaq”

4 dəqiqə oxundu
0
0
33

“Rusiya səfiri Andrey Karlovun Ankarada öldürülməsindən sonra Rusiya-Türkiyə münasibətlərinin güclü şəkildə korlanacağını güman etmirik”. Stratfor özəl kəşfiyyat mərkəzinin saytı bildirir ki, mərkəzin analitikləri bu cür düşünür.

Onların fikrincə, səfir Karlovun qatili üsyançıların Hələb şəhərindəki məğlubiyytindən sonra dilxor olub qəzəblənmiş Türkiyə vətəndaşlarından biridir. Ola bilsin, o, cihadçı qruplaşmalarn birinə mənsubdur və Rusiya qoşunlarının Hələbdəki fəaliyyətinə görə qisas həyata keçirib.

Stratfor analitikləri istisna etmirlər ki, əvvəllər polis xüsusi təyinatlısında xidmət etmiş qatil, Fətulla Güləninn tərəfdarıdır. Səfir Karlovun qətli olduqca gərgin bir dövrdə həyata keçirilib. Rusiya və Türkiyə ancaq yaxınlarda xeyirxah qonşuluq münasibətlərini bərpa edib.

Analitiklərin rəyincə, Rusiya səfirinin Ankarda bu cür qalmaqallı qətli Rusiya-Türkiyə münasibətlərini müəyyən dərəcədə kəskinləşdirəcək, lakin məsələ yenidən qırılmağa qədər getməyəcək.

Stratfor Rusiya-Türkiyə münasibətlərinin kəsilməycəyinin səbəbləri arasında bu fakta işarə edir ki, Suriyadakı vəziyyət üzrə Ankara ilə kəşfiyyat məlumatları mübadiləsi Moskvaya son dərəcə vacibdir. Öz növbəsində Türkiyə tərəfinə Rusiya ilə əməkdaşlıq etmək lazımdır, çünki türk qoşunları Suriya ərazisindədir və Moskva ilə istənilən qopma böyük risk yaradır.

Birgə iqtisadi layihələr də axırıncı sırada deyil – Su-24-lə bağlı insidentdən sonra iqtisadi təzyiqi Ankarada çox yaxşı hiss ediblər.

Stratfor-un fikrincə, həm Moskva, həm də Ankara işgüzar münasibətləri saxlamaqda son dərəcə maraqlıdır, Dekabrın 20-də Moskvada Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin Suriya üzrə görüşü planlaşdırılıb. Rusiya hökuməti təsdiq edib ki, istənilən halda görüş baş tutacaq.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…