Əsas Səhifə Hadisə Sumqayıt şəhərində binanın qarşısında avtomobil oğurlanıb

Sumqayıt şəhərində binanın qarşısında avtomobil oğurlanıb

2 dəqiqə oxundu
0
0
880

Sumqayıt şəhərində binanın qarşısında avtomobil oğurlanıb.

Sosialxəbər.az xəbər verir ki, hadisə avqustun 9-da Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 8-in qarşısında baş verib.

Şəhər sakini Mirzəyev Ramin Firudin oğlu Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə müraciət edərək, yaşadığı ünvandan “Audi A6” markalı avtomobilinin oğurlanması ilə bağlı məlumat verib.

Bu gün gecə saatlarında Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin Baş inspektoru Əli Cavadov və polis serjantı Arif Allahverdiyev oğurlanan avtomobili xidməti ərazidə aşkarlayıb.

Əlahiddə Çevik Polis Alayının əməkdaşları ilə birgə nəqliyyat vasitəsini oğurlayan şəxs saxlanılaraq, Abşeron Rayon Polis İdarəsinə təhvil verilib. Avtomobil isə sahibinə qaytarılıb.

Araşdırmalar nəticəsində oğurluğu törədən şəxsin 1997-ci il təvəllüdlü Xanlarzadə Oktay Nizami oğlu olduğu müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…