Əsas Səhifə Slide-az Sumqayıt Sosial Müdafiə Fondu növbəti görüşünü keçirdi

Sumqayıt Sosial Müdafiə Fondu növbəti görüşünü keçirdi

6 dəqiqə oxundu
0
0
22

Sosialxəbər.az xəbər verir ki, bu gün DSMF-nin Sumqayıt şəhər şöbəsində “Açıq qapı” formatında ictimai birliklərlə növbəti görüş təşkil olunub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində “Açıq qapı” formatında növbəti görüş “Əlilliyi olan Sahibkarlar Təşkilatı”, “Əlil Qadınlar” Cəmiyyəti Sumqayıt şöbəsi və “Hüquq nəzarəti” İctimai Birliklərinin nümayəndələri ilə keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həssas qruplardan olan vətəndaşlara xüsusi qayğısından, həmin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istqiamətində atılan mühüm addımlardan bəhs olunub. Şöbə müdiri Firdovsi Bədəlov dövlət başçısının imzaladığı Sərəncam və Fərmanlar nəticəsində cari ilin ötən dövründə minimum əmək haqqının, pensiyanın minimum məbləğinin, sosial müavinət və təqaüdlərin əhəmiyyətli dərəcədə artırıldığını vurğulayıb, qeyd olunan artımlar barədə ətraflı məlumat verib.

Pensiya təyinatlarının elektron qaydada həyata keçirildiyi, əhali tərəfindən rəğbətlə qarşılnan bu cür proaktiv xidmətlərin sosial təminat sisteminin bütün sahələrini əhatə etməsi üçün işlərin aparıldığı diqqətə çatdırılıb. Sumqayıt şəhərində yaşayan əlilliyi olan şəxslərin, şəhid ailələrinin, aztəminatlı ailələrin, digər həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlər qeyd edilib.

İctimai Birliklərin nümayəndələri ölkəmizdə sosial sahədə aparılan islahatlardan, əhalinin rifah halının yaxşılaşdırılması üçün atılan addımlardan razılıqla bəhs edərək, sosial müdafiə sahəsinə göstərilən xüsusi qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Ümumilikdə 40 nəfərdən çox şəxsin iştirak etdiyi görüşdə Sumqayıt şəhərində həssas qrupların, o cümlədən əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərə dair fikir mübadiləsi aparılıb. İctimai Birliklərin qaldırdıqları məsələlər müzakirə olunub, bu məsələlərin həlli sahəsində qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görüləcəyi bildirilib. Şöbə tərəfindən hər həftənin beşinci günü “Açıq qapı” formatında vətəndaş cəmiyyətləri ilə belə görüşlər keçirilir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Bunu da oxu

Ağır xəstələr qarşısında absurd tələb: “Dərmanlara qənaət edin”

Sosialxeber.az bildirir ki, Dövlətin dərmanını onun vətəndaşına qıymırlar, bu, nə dərman x…