Alman Dili Müəllimləri İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclər arasında milliazlıqların mədəniyyəti və adət-ənənəsi haqqında tədbirlərin təşkili “ layihəsini davam etdirir.

İkinci tədbir Sumqayıt şəhər 5 saylı tam orta məktəbdə təşkil olundu. Bu barədə Sosialxəbər.az-a Birliyin mətbuat xidmətindən bildirilib. Tədbiri giriş sözü ilə Birliyin rəhbəri Leyla Qasımzadə açaraq,iştirakçıları salamladı və ölkəmizdə yaşayan azsaylı xalqlarla olan dostluqdan,onların adət-ənənəsində bir doğmalıq olduğunu qeyd etdi. Sonra təlimçi Səfanə Dadaşzadə ölkəmizdə məskunlaşmış azsaylı xalqların dinindən,adət-ənənəsindən və mədəniyyətindən məktəbliləri məlumatlandırdı. Sonda çay süfrəsi arxasında müzakirələr davam etdi.

Layihənin məqsədi Ümumtəhsil və ali təhsil müəssisələrində Azərbaycanda yaşayan azsaylı xalqlar ,onların adət-ənənələri,mədəniyyəti,incəsənəti barədə maarifləndirməsi və Sumqayıt şəhərində məskunlaşmış azsaylı xalqların nümayəndələri ilə məktəblilərin görüşünü təşkil etməkdir.