Əsas Səhifə Cəmiyyət Sumqayıtda azsaylı xalqlarla bağlı ilk təlim təşkil olundu

Sumqayıtda azsaylı xalqlarla bağlı ilk təlim təşkil olundu

4 dəqiqə oxundu
0
0
15

Sumqayıtda Alman Dili Müəllimləri İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 01.08.2019-cu il tarixindən Yeniyetmə və gənclər arasında milliazlıqların mədəniyyəti və adət-ənənəsi haqqında tədbirlərin təşkili “ layihəsinin icrasına başlayıb.

Bu barədə Sosialxəbər.az-a layihə rəhbəri Leyla Qasımzadə məlumat verib. Onun sözlərinə görə, layihənin məqsədi Ümumtəhsil və ali təhsil müəssisələrində Azərbaycanda yaşayan azsaylı xalqlar ,onların adət-ənənələri,mədəniyyəti,incəsənəti barədə maarifləndirməsi və Sumqayıt şəhərində məskunlaşmış azsaylı xalqların nümayəndələri ilə məktəblilərin görüşünü təşkil etməkdir.

İlk tədbir 14.10.2019-cu il tarixində Sumqayıt şəhər 23 saylı tam orta məktəbdə təşkil olundu.Tədbiri giriş sözü ilə məktəbin direktoru Reyhan Yunisova açaraq,iştirakçıları salamladı və bu cür təlimlərin təşkili üçün öncə dəstək şurasına,sonra isə birliyin sədri Leyla xanıma minnətdarlığını bildirdi.O,qeyd etdiki təşkil olunan təlim gənc nəslin yetişməsinə,ölkəmiz haqqında geniş məlumat almalarına,maariflənmələrinə dəstəkdir.

Birliyin sədri Leyla Qasımzadə ölkəmizdə yaşayan azsaylı xalqlarla olan dostluqdan,onların adət-ənənəsində bir doğmalıq olduğunu qeyd etdi. Sonra təlimçi Səfanə Dadaşzadə ölkəmizdə məskunlaşmış azsaylı xalqların dinindən,adət-ənənəsindən və mədəniyyətindən məktəbliləri məlumatlandırdı. Sonda çay süfrəsi arxasında müzakirələr davam etdi.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

Fəzail Ağamalının seçicilərlə görüşü davam edir

Fəzail Ağamalının seçicilərlə görüşü davam edir.Sosialxəbər.az xəbər verir ki, yanvarın 18…