“Bizim şəhər”Sumqayıt Sosial-İnkişaf Mərkəzi İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bələdiyyə seçkiləri ilə bağlı qadın seçicilərin maarifləndirilməsi və qadın namizədlərin dəstəklənməsi” layihəsi çərçivəsində 5-cü maarifləndirmə-məlumatlandırma tədbirini Sumqayıt şəhər 18-ci məhəllə 1 saylı məhəllə komitəsində keçirdi.

Bu barədə Sosialxəbər.az-a Birliyin sədri və layihə rəhbəri Mətanət Zeynalova məlumat verib. Onun sözlərinə görə, layihənin məqsədi qadın seçicilərin 2019-cu ildə keçiriləcək bələdiyyə seçkiləri bağlı maarifləndirilməsi,fəal qadınların öz namizədliklərini irəli sürməyə həvəsləndirmək olduğunu qeyd etdi. Hüquqşünasın bələdiyyə seçkiləri ilə bağlı hazırlanan materialları tədbir iştirakçılarına paylandı.Tədbirdə təlimçi Ramil Süleymanov qadınların idarəetmə sahəsində bilik,bacarıq və vərdişlərini artırmaq,onları ictimai-siyasi təcriddən qorumaq üçün ən yaxşı məktəb bələdiyyələr ola biləcəyini qeyd etdi.İştirakçılar arasında ən fəal 6 qadın seçici seminar üçün seçildi.