Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bizim şəhər”Sumqayıt Sosial-İnkişaf Mərkəzi İB“Bələdiyyə seçkiləri ilə bağlı qadın seçicilərin maarifləndirilməsi və qadın namizədlərin dəstəklənməsi” layihəsi çərçivəsində 6-cı maarifləndirmə-məlumatlandırma tədbirini Sumqayıt şəhər 1-ci məhəllə üzrə 2 saylı məhəllə komitəsində keçirdi.

Bu barədə Sosialxəbər.az-a layihə rəhbəri sədri Mətanət Zeynalova məlumat verib. Onun sözlərinə görə, layihənin məqsədi qadın seçicilərin 23 dekabr 2019-cu ildə keçiriləcək bələdiyyə seçkiləri bağlı maarifləndirilməsi,fəal qadınların öz namizədliklərini irəli sürməyə həvəsləndirməkdir.

Hüquqşünas Ruslan Mustafayev tərəfindən bələdiyyə seçkiləri ilə bağlı hazırlanan materiallar tədbir iştirakçılarına paylandı.Tədbirdə təlimçi Ramil Süleymanov qadınların idarəetmə sahəsində bilik,bacarıq və vərdişlərini artırmaq,onları ictimai-siyasi təcriddən qorumaq üçün ən yaxşı məktəb bələdiyyələr ola biləcəyini xüsusi vurğuladı.İştirakçılar arasında ən fəal 5 qadın seçici seminar üçün seçildi.