Əsas Səhifə Cəmiyyət Sumqayıtda SosialMedia.az saytının təqdimat mərasimi təşkil olunacaq

Sumqayıtda SosialMedia.az saytının təqdimat mərasimi təşkil olunacaq

4 dəqiqə oxundu
0
0
24

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə 01.05.2019-cu il tarixindən «Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması məqsədi ilə təlim təşkil” layihəsinin icrasına başlayıb.

Sosialxəbər.az xəbər verir ki, Layihənin məqsədi bacarıqlı əlilliyi olan şəxslər barədə məlumatların toplanılması,onların əl işlərindən ibarət bazanın yardılmasıdır.Digər tərəfdən onların sayt üzərində işləmə mexanizminin öyrədilməsidir ki, bu sahədə daha aktiv fəaliyyətlə məşqul olmasına kömək edəcək.

Layihə müddətində Sumqayıt və Bakı şəhərində keçirilən təlimlərdə 30 əlilliyi olan gənc iştirak edib.Onlara şuranın dəstəyi ilə yeni yaradılmış SosialMedia.az saytı üzərində işləmə mexanizmi öyrədilib və bacarıqlı gənclərin əl işlərindən ibarət güşə yaradılıb. Saytın özəlliyi ondadır ki, burada yalnız əlilliyi olan gənclər işləyir.Saytda onların hər biri öz seçdikləri kateqoriya üzrə xəbərlərlə yanaşı, eyni zamanda öz əl işləri də yerləşdirilir.

Bu saytın yaradılması gələcəkdə bacarıqlı əlillərin yaradıcılıq işlərini ölkə sərhədlərindən kənarda təbliğ etməyə, məhdudiyyəti olan gənclərin sosial rifahının yaxşılaşdırılmasına öz töhvəsini verəcək.

Qeyd edək ki, Təqdimat mərasimi : 27.08.2019-cu il tarixində SosialMedia.az saytının təqdimat mərasimi təşkil olunacaq və əlilliyi olan gənclərin əl işlərinin nümayişi keçiriləcək.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

MSK bu dairədəki nəticələrin ləğvini müzakirə edir

MSK-nın hazırda davam edən iclasında 34 saylı Xətai ikinci seçki dairəsi üzrə bir qrup nam…