Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bizim şəhər”Sumqayıt Sosial-İnkişaf Mərkəzi İctimai Birliyi “Bələdiyyə seçkiləri ilə bağlı qadın seçicilərin maarifləndirilməsi və qadın namizədlərin dəstəklənməsi” layihəsi çərçivəsində fəal qadın seçicilərə öz namizədliklərinin irəli sürülməsinə kömək məqsədilə seminar keçirdi.

Bu barədə Sosialxəbər.az-a layihə rəhbəri Mətanət Zeynalova məlumat verib. Onun sözlərinə görə,seminar iştirakçıları təşkilatın 6 məhəllə komitəsində keçirdiyi maarifləndirmə-məlumatlandırma tədbirlərində seçilmiş fəal qadınlardır.

Seminarı giriş sözü ilə açan təşkilatın sədri və layihə rəhbəri Mətanət Zeynalova qeyd etdi ki, layihənin məqsədi qadın seçicilərin 23 dekabr 2019-cu ildə keçiriləcək bələdiyyə seçkiləri bağlı maarifləndirilməsi,fəal qadınların öz namizədliklərini irəli sürməyə həvəsləndirməkdir.

Hüquqşünas Ruslan Mustafayev tərəfindən bələdiyyə seçkiləri ilə bağlı hazırlanan materiallar tədbir iştirakçılarına paylandı.Tədbirdə təlimçi Ramil Süleymanov seminar iştirakçılarına bələdiyyə üzvlüyünə namizədlərin göstərilməsi,namizədlərin statusu və seçkiqabağı təşviqat qaydalarını geniş şəkildə izah etdı.Seminarın sonunda iştirakçılar arasında anket sorğusu keçirildi.