Sosialxəbər.az xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər filialının üzvləri üçün “Açıq Qapı ” təşkil edilib.

Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin müdiri Ceyhun Süleymanovun rəhbərliyi ilə təşkil olunan dəyirmi masada Azərbaycan Qarabağ Müharibəsi Əlilləri , Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər filialınin sədri Tərlan Hacızadə və 30-a yaxın üzvü iştirak edib.
DSMF Sumqayıt şəhər şöbəsinin rəhbəri Ceyhun Süleymanov, müdir müavini Zaur Rəsulov, Sosial yardim ve muavinət sektorunun müdiri İlkin Mikayılov, Sosial xidmət sektorunun müdiri Leyla Cəfərova və Pensiya sektorunun baş məsləhətçisi Nəriman Piriyev iştirak edib.

Görüşdə ölkə başçısının əhalinin xüsusi qayği tələb edən həssas qruplarını daim diqqətdə saxladığı qeyd olunub, aparılan sosial islahatlar barədə məlumat verilib.
Fondun əməkdaşları görüş iştirakçıları tərəfindən qaldırılmış məsələlərə aydınlıq gətirib, bəzi müraciətlərin yerindəcə araşdırılması üçün göstəriş verilib.

u