Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT layihələrinin maliyyələşməsi ilə bağlı 2019-cu il dördüncü qrant müsabiqəsini elan edir.

Sosialxəbər.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) qrant müsabiqəsində (bundan sonra – müsabiqə) iştirak etmək üçün Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş QHT-ləri ərizə təqdim etməyə dəvət edir.

Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri qəbul edir:

Müsabiqədə iştirak edən QHT irəli sürdüyü problemin həlli ilə bağlı müvafiq sahələr üzrə zəruri potensiala malik işçi (ekspert) heyətinə malik olmalıdır.

Layihələrin müddəti
Layihələrin müddəti 2 aydan 6 ayadək ola bilər.

Qrantın məbləği
• 2018-ci il dekabrın 31-dən sonra dövlət qeydiyyatına alınmış QHT-lər 3000 (üç min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri ilə müraciət edə bilər.

Müsabiqə mövzusunun istiqaməti

1. Bloggerlik/Vloggerlik fəaliyyətinin genişləndirilməsinə dair təşəbbüslər

2. Xarici televiziyalarda Azərbaycanla bağlı verilişlərin və reportajların hazırlanmasına dair təşəbbüslər

3. Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyətinin beynəlxalq arenada
dəstəklənməsinə dair təşəbbüslər

4. İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbirlərin keçirilməsi

5. Televiziyalarla birgə (internet televiziyaları istisna olmaqla) ictimai əhəmiyyət kəsb edən məsələlərə dair
sosial çarxların və verilişlərin hazırlanması

6. Sosial media üzrə bilik və bacarıqlarının artırılmasına dair təşəbbüslər

7. Dənizkənarı ərazilərdə (çimərlik) ətraf mühitdəki mövcud ekosistemin və müvafiq infrastrukturun monitorinqinə
dair təşəbbüslər

8. Azərbaycanda yaşayan milli azlıqların mədəni irsinin təbliğinə dair təşəbbüslər

9. Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə sahəsində tədqiqatların aparılması və tədbirlərin
keçirilməsi

10. Məişət zorakılığı ilə mübarizə sahəsində təşəbbüslər

11. İstehlakçıların hüquqlarının və qida təhlükəsizliyinin qorunmasına dair təşəbbüslər

12. Azərbaycanda yaşayan əcnəbilərin və qaçqın statusu verilmiş şəxslərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının
dəstəklənməsinə dair təşəbbüslər

13. Yol hərəkəti təhlükəsizliyi qaydalarının təbliğinə dair təşəbbüslər

14. İcbari tibbi sığorta barədə ictimai məlumatlılığın artırılmasına dair təşəbbüslər

15. Bələdiyyə seçkiləri ilə bağlı seçicilər arasında maarifləndirmə tədbirlərinin keçirilməsinə dair təşəbbüslər

Müsabiqə mərhələləri
Müsabiqə üzrə ərizə və layihə sənədlərinin qəbulu 8 aprel 2018-ci il tarixdən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 5 mərhələ üzrə aparılır:
• 1-ci mərhələ – Ərizənin qeydə alınması və layihə sənədlərinin qəbulu;
Bu mərhələ 8 aprel–3 may 2019-cu il saat 18.00-dək müddəti əhatə edir.
• 2-ci mərhələ – Ərizələrin texniki seçim mərhələsi;
Bu mərhələ 8 aprel–3 may 2019-cu il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə, əlavə edilmiş sənədlər araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.
• 3-cü mərhələ – Layihə sənədlərinin texniki seçim mərhələsi;
Bu mərhələ 8 aprel- 13 may 2019-cu il tarixlərini əhatə edir. Təqdim olunan layihə sənədləri araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.
• 4-cü mərhələ – Qeydə alınmış layihələrin vətəndaşlar və ekspertlər tərəfindən qiymətləndirilməsi;
Bu dövr 14 may – 07 iyun 2019-cu il tarixlərini əhatə edir. Bu mərhələdə qeydə alınmış layihələr Şuranın e-vətəndaş proqramı vasitəsilə vətəndaşlar və ekspertlər tərəfindən onlayn qaydada qiymətləndirilir.
• 5-ci mərhələ – Şurada müzakirə və qaliblərin elan edilməsi;
Müsabiqə qalibləri 2019-cu il iyunun 14-dən sonra elan olunacaq. Müsabiqənin nəticələri haqda məlumatlar Şuranın rəsmi internet saytında və digər internet informasiya resurslarında dərc ediləcək.

Əlavə məlumatlar
Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 12 aprel 2019-cu il saat 15.00-da Şuranın inzibati binasında (Bakı şəhəri, Fikrət Əmirov küçəsi 1, 2-ci mərtəbə) keçiriləcək.
Müsabiqədə iştirakla bağlı e-ərizə bölməsindən istifadəyə dair təlimatla (http://e-qht.az/news/one/68) tanış olmaq olar.
Əlavə məlumat almaq üçün Şura Katibliyinin məsləhətçisi Elnur Bağırlıya müraciət etmək olar.
Tel/faks: (012) 493 17 32/80 (daxili nömrə:270).
E-mail: ebagirli@cssn.gov.az

Layihə təklifi forması – 2019-4
3. Elave-3 Icra plani
4. Elave-4. Xercler smetasi