Əsas Səhifə Cəmiyyət Şura “Məktəblilərin iştirakı ilə vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi”ni dəstəkləyir

Şura “Məktəblilərin iştirakı ilə vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi”ni dəstəkləyir

3 dəqiqə oxundu
0
0
2

Sosialxəbər.az Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyi Göyçay rayonunda “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliğinə dair təşəbbüslər” mövzusu üzrə “Məktəblilərin iştirakı ilə vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi” lahiyəsinin icrasına start verib.

Müddəti 3 ay olan layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərlərin tərkib və əsas hissəsi olan vətənpərvərlik hisslərinin gücləndirilməsidir.

Layihə çərçivəsində məktəblilər arasında iyun ayında 4 günlük təlim təşkil olunacaq. Təlimlərdə məqsəd vətənpərvərliyi təbliğ etmək, yeniyetmə və gənclərə dövlətin və millətin mənafeyini hər şeydən üstün tutmağı aşılamaqdır.

Layihənin hazırlıq mərhələsində Göyçay rayonunda həyata keçiriləcək işlər üçün lazımı çap materiallarının nəşri, görüşlərin yeri və vaxtı, orada iştirak edəcək iştirakçıların (o cümlədən, layihəyə cəlb ediləcək gənclərin siyahısının tərtib olunması) və qonaqların müəyyən edilməsi, eləcə də, layihə haqqında geniş ictimaiyyəti məlumatlandırmaq üçün hazırlanmış press-relizlərin KİV-lərə, müvafiq dövlət, beynəlxalq təşkilatlara və QHT-lərə yayılması işləri yerinə yetiriləcək.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

Dövlət Sosial Müdafiə Fondunda müşavirə keçirilib

Sosialxəbər.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət …