Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Masallıda SƏLİS Xidmətə daxil olan e-vətəndaş proqramının təqdimatını keçirib.

Sosialxəbər.az xəbər verir ki, Şuranın Katibliyinin icraçı direktoru Fərasət Qurbanov tədbirdə çıxış edərək e-vətəndaş proqramı barədə ətraflı məlumat verib.

Masallı rayon İcra Hakimiyətinin başçısının müavini Nəsir Muxtarlı çıxışında e-vətəndaş xidmətinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə e-vətəndaş xidmətindən istifadə qaydalarıyla bağlı video təlimat nümayiş etdirilib.