Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lər üçün “Layihə təkliflərinin hazırlanması” mövzusunda təlim təşkil edəcək.

Təlimdə iştirak etmək istəyən QHT rəhbərləri 05 oktyabr 2018-ci il tarixədək nrahimli@cssn.gov.az ünvanına elektron qaydada müraciət edə bilərlər. Ərizədə iştirakçının adı və soyadı, təmsil olunduğu təşkilat, təşkilatda tutduğu vəzifə və əlaqə vasitələri göstərilməlidir.
Təlimin keçiriləcəyi vaxt və ünvan haqqında əlavə məlumat veriləcək.

Əlavə məlumat üçün Şuranın daxili nəzarət və qiymətləndirmə xidməti ilə əlaqə saxlaya bilərsiniz. Tel: (+994) 12 493 17 80 (dax.128)