Əsas Səhifə QHT - lər Şuranın dəstəyi ilə imtiyazlı şəxslərə köməklik göstəriləcək

Şuranın dəstəyi ilə imtiyazlı şəxslərə köməklik göstəriləcək

2 dəqiqə oxundu
0
0
232

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB 01.09.2020 – 01.11.2020-ci il tarixləri ərzində “İmtiyazlı şəxslərin sosial problemlərinin həllinə ictimai dəstək mövzusunda maarifləndirmə tədbirlərinin təşkili” adlı layihənin həyata keçirilməsinə başlayıb. Bu barədə sosialxəbər.az-a birliyin mətbuat xidmətindən bildirilib. Layihə zamanı mövcud koronavirus pandemiyası ilə əlaqədar olaraq imkansız ailələrin ərzaqla təmin edilməsi, pandemiya ilə bağlı yalnış məlumatlardan panikaya düşməmək üçün onlarla maarifləndirmə işlərinin aparılması, psixoloji dəstək göstərilməsi, həmçinin öz müraciətləri əsasında onların digər sosial problemlərinin həlli istiqamətində işlər görülməsi nəzərdə tutulur. Görüləcək işlər barədə mütəmadi olaraq Şuraya məlumat veriləcək və KİV-lərdə yazılar dərc olunacaq.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin QHT - lər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Cəlilabad rayonunda yol qəzası baş verib

Cəlilabad rayonunda yol qəzası baş verib. Sosialxəbər.az Report-a istinadən xəbər verir ki…