Əsas Səhifə Dünya Suriyada qan donduran görüntülər: 312000 ölü, 2 milyon yaralı, 12 milyon qaçqın

Suriyada qan donduran görüntülər: 312000 ölü, 2 milyon yaralı, 12 milyon qaçqın

3 dəqiqə oxundu
0
0
31

 

Suriyada 2011-ci ilin martında vətəndaş müharibəsi başlayandan indiyə qədər 300 mindən çox insan həlak olub. Onlardan 90 mindən çoxu mülki vətəndaşdır. Xarici KİV-lər xəbər verir ki, Suriya qeyri-hökumət təşkilatlarının məlumatlarına əsasən, münaqişə başlayandan ən azı 312 min ölüm faktı qeydə alınıb. Onlar arasında 90506 nəfər mülki vətəndaşdır. Ölənlərdən 15948 nəfər uşaq, 10540 nəfər isə qadındır. Bundan əlavə, 2 milyondan çox insan xəsarət alıb. 12 milyondan çox insan evlərini tərk etməyə məcbur olub.

Hazırda təxminən 50 min insan şərqi Hələbdən yaxın 2-3 gün ərzində təxliyə olunmaq üçün növbə gözləyir. Demək olar ki, tamamilə nəzarətə götürülmüş Hələbdən indiyə qədər 85 min insan çıxarılıb. Əməliyyata Suriya hakimiyyəti tərəfindən təqdim olunan onlarla avtobus, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin yaralıları çıxarmaq üçün maşınları, BMT-nin nəqliyyatı cəlb edilib.

“Bizim bir məqsədimiz var – silahlı üsyançıları yox dinc əhalinin təhlükəsizliyini təmin etmək. Yekun məqsəd dinc əhalinin sağ və sağlam şəkildə buradan çıxarılmasıdır. Biz isə onların təklükəsizliyini və müdafiəsini təmin etməyə çalışacağıq”-deyə Suriyada milli barışıq işləri üzrə dövlət naziri Əli Heydər bildirib.

Türkiyə Hələbdən çıxarılan qaçqınların yerləşdirilməsində kömək edəcəyini bəyan edib. Qaçqınların əksər hissəsi İdlibdə yerləşdirilib.

Hazırda Suriya ordusu tərəfindən demək olar ki tam nəzarətə götürülən Hələb xarabalığı xatırladır. Küçələrdə hələ də insan meyitləri qalır.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…