Əsas Səhifə Cəmiyyət Təcili yardım maşını buna görə gecikir

Təcili yardım maşını buna görə gecikir

3 dəqiqə oxundu
0
0
219

Paytaxtda sərt karantin rejimi ilə əlaqədar qurulan postlarda hərəkət üstünlüyü olan avtomobillər üçün ayrıca zolaq yaradılıb.

Sosialxəbər.az bildirir ki, Bunu Axar.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov təcili yardım maşınlarının postlarda tıxacda qalması və bunun çox ciddi problemlərə səbəb olması barədə səsləndirilən iradlara münasibət bildirərkən deyib.

O vurğulayıb ki, bu zolaqlar bir neçə küçədə qurulsa da, bəzi sürücülər tərəfindən zəbt olunur:

“Təcili tibbi yardım maşınları da daxil olmaqla, hərəkət üstünlüyünə malik olan maşınlar üçün ayrıca zolaq ayrılıb. Bu zolaqlar Yusif Səfərov küçəsində, metronun “Koroğlu” stansiyası ilə üzbəüz ərazidə, Parlament prospektində var. Bu ərazilər kifayət qədər enli yollardır. Təəssüf ki, bəzi sürücülərin postlardan tez keçmək istəyi və həmin zolağı tutması ilə bu mənzərə yaranır. Bu da əsasən avtomobillərin hərəkət intensivliyi yüksək olan ərazilərdə qeydə alınır. Əksər hallarda əməkdaşlarımız təxminən 50-100 metr məsafədə durmaqla sürücülərə istiqamət göstərirlər”.

V.Əsədov onu da bildirib ki, ayrılmış zolaqları zəbt edən sürücülərlə profilaktiki söhbətlər aparılır:

“Bu cür profilaktiki tədbirlər müsbət nəticə əldə edilməsinə imkan verir”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Şuranın dəstəyi ilə şəhid ailələrinə yardımlar göstəriləcək

Azərbaycan Respublikasinin Prezidenti Yaninda Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi …