Əsas Səhifə Slide-az Təhsil haqqı azaldılmalıdır

Təhsil haqqı azaldılmalıdır

4 dəqiqə oxundu
0
0
79

Azərbaycanda təhsil haqqı təhsilin keyfiyyəti ilə müqayisədə kifayət qədər yüksəkdir.

Sosialxəbər.az bildirir ki, Bunu Axar.az-a təhsil eksperti Elşən Qafarov millət vəkili Erkin Qədirlinin təhsil haqqının azaldılması ilə bağlı Milli Məclisin iclasında səsləndirdiyi təklifə münasibət bildirərkən deyib. O qeyd edib ki, təhsil haqqının ən azı yarıya qədər azaldılmasına ehtiyac var:

“Erkin Qədirli çox gözəl təklif irəli sürüb. Ölkənin ali təhsil müəssisələrində təhsil haqqı çox yüksəkdir. Məhz buna görədir ki, Azərbaycanda son illər daha ucuz qiymətə daha yaxşı təhsil verən xarici ölkələrə, xüsusilə də Türkiyəyə axın başlayıb. Bu səbəbdən təhsil haqqının azaldılması çox doğru və düzgün qərar olar. Nəinki dövlət, özəl ali təhsil müəssisələrində də təhsil haqqının yarıbayarı azaldılması ali və orta təhsilin əlçatanlığını artırar”.

Ekspert bu təklifin özəl ümumtəhsil məktəbləri üçün keçərli olmadığını bildirib:

“Qanunvericiliyə əsasən, özəl ümumtəhsil məktəbləri təhsil haqqını özü müəyyən edir. Beynəlxalq səviyyədə akkreditasiya olunmuş proqramlar üzrə ümumtəhsil məktəbləri ödənişli təhsil təşkil edə bilər. Əgər dövlət ümumtəhsil müəssisələri daha keyfiyyətli təhsil təşkil edə bilsələr, vətəndaşlar da qat-qat bahalı olan özəl ümumtəhsil müəssisələrinə müraciət etməzlər. Vətəndaşların bir çoxu özəl ümumtəhsil müəssisələrinə ingilis dilinə görə müraciət edir. Buna görə əvvəldən dövlət ümumtəhsil məktəblərində ingilisdilli pedoqoji kadrların hazırlığı olmalı idi. Bu, həm də rus bölməsinə axını azaldardı”.

Qeyd edək ki, millət vəkili Erkin Qədirli 2020 və 2021-ci il üçün tələbələrin təhsil haqqının azaldılmasını təklif edib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni xalqı sülh şəraitində yaşamaq istəyirsə

Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb ets…