Əsas Səhifə Slide-az Təkcə bu ilin ötən dövründə nazirliyin e-xidmətlərinə 2 milyon 500 min müraciət qeydə alınıb

Təkcə bu ilin ötən dövründə nazirliyin e-xidmətlərinə 2 milyon 500 min müraciət qeydə alınıb

3 dəqiqə oxundu
0
0
70

E-arayış xidmətlərinə isə 140 min müraciət olub

Sosialxəbər.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalında təqdim edilən elektron xidmətlərinə təkcə bu ilin ötən dövründə 2 milyon 500 min müraciət qeydə alınıb.

Sayı 30-a yaxın olan bu e-xidmətlər əmək müqaviləsi bildirişlərinin e-qaydada qeydiyyata alınması, həmin bildirişlər barədə məlumatların işçilər tərəfindən əldə edilməsi, sığortaolunanlara məlumatların verilməsi, müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi, əlilliyin qiymətləndirilməsi ilə bağlı sonuncu müayinəyə dair məlumatın verilməsi, sosial yardımın alınması üçün müraciətin edilməsi və s. istiqamətləri əhatə edir.

Eyni zamanda, ötən il daha 13 növdə e-arayış xidmətini istifadəyə verən nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Onların sırasına iş yerinə və əlilliyə dair, pensiya, müavinət və təqaüd, sosial yardım, maddi yardım, birdəfəlik ödəmə, dövlət tərəfindən mənzillə, avtomobillə təmin olunma, fərdi şəxsi hesab və s. barədə e-arayış xidmətləri daxildir.

Cari ilin ötən dövründə həmin e-arayış xidmətlərinə 140 min müraciət olub.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Bunu da oxu

Bir insan başqasını koronaya gizli yoluxdurur

Koronavirusa yoluxmuş insan simptomların əmələ gəlməsindən 1-2 gün əvvəl ətrafdakı insanla…