Əsas Səhifə Hadisə “Talış” və “Vor v zakone” yazılan köynəklərlə gəzən gənclər saxlanılıb

“Talış” və “Vor v zakone” yazılan köynəklərlə gəzən gənclər saxlanılıb

2 dəqiqə oxundu
0
0
46

Səbail rayonunun Nizami küçəsində (Torqovı) üzərində kriminal avtoritet Rövşən Lənkəranskinin fotoşəkli olan, “Talış” və “Vor v zakone” yazılan köynəklərlə gəzən gənclər saxlanılıb.

Sosialxəbər.az xəbər verir ki, Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verib.

Bildirib ki, hadisə ötən gün baş verib:

“Üç şəxs üzərində müxtəlif yazılar yazılmış köynəklər geyinərək küçədə gəziblər. Dərhal Səbail Rayon polis İdarəsinin Post-patrul Xidmətinin əməkdaşları vəziyyətə müdaxilə edərək həmin şəxsləri 9-cu Polis Şöbəsinə gətirib”.

“İlkin araşdırma zamanı hər üç şəxsin yetkinlik yaşına çatmadığı müəyyən edilib və profilaktik söhbətlər aparılıb. Gələcəkdə də bu cür halların yolverilməzliyi onlara çatdırılıb və sərbəst buraxılıb”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Bunu da oxu

Sumqayıt şəhərində Gənclər Fondunun dəstəyi ilə “Liderlik nədir?” adlı təlim keçirildi

15 Fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi il…