Əsas Səhifə Slide-az Tarif Şurası: Qaz və elektrik enerjisinin yeni limitləri aztəminatlı və orta təbəqəyə müsbət təsir göstərəcək

Tarif Şurası: Qaz və elektrik enerjisinin yeni limitləri aztəminatlı və orta təbəqəyə müsbət təsir göstərəcək

2 dəqiqə oxundu
0
0
24

 

Təbii qaz və elektrik enerjisinin istifadəsinə tətbiq olunan güzəştli limitin artırılması təkcə əhalinin aztəminatlı təbəqəsinə yox, orta təbəqəyə də müsbət təsir göstərəcək.

Tarif (qiymət) Şurasının katibinin müavini Ceyhun Nəcəfov bildirib ki, limit həddinin yüksəldilməsi nəticəsində elektrik enerjisindən istifadə edən güzəştli istehlakçıların sayı ölkə əhalisinin 80 faizini, qazdan istifadə edən güzəştli istehlakçılar isə 75 faizini təşkil edəcək.

C.Nəcəfov deyib: “Daha əvvəl qaz və elektrik enerjisi tarifləri artımının toxunmadığı əhali sayı müvafiq olaraq 62 və 72 faiz təşkil edirdi. Limitin artırılması nəticəsində elektrik enerjisindən istifadə edən beş istifadəçidən dördü və qazdan istifadə edən dörd istifadəçidən üçü tarif artımından azad olacaq. Tarif artımının şamil olunduğu insanlar isə limitin artırılması ilə əlaqədar öz vəsaitlərinə qənaət edə bilər”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…