Əsas Səhifə Dünya Tehranda tələbələr hicaba qarşı etiraz etdi

Tehranda tələbələr hicaba qarşı etiraz etdi

2 dəqiqə oxundu
0
0
10

Tehran Universitetinin tələbələri İran universitetlərində məcburi hicab geyinilməsinə qarşı etiraz aksiyası keçiriblər.

Sosialxəbər.az xəbər verir ki, bu barədə “Anadolu” nəşri yerli mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, yüzlərlə tələbə universitetin həyətində toplaşaraq etiraz ediblər.

Tələbələr əllərində “Bizim seçim hüququmuz var!” və “Ölüm alçalmaqdan yaxşıdır!” kimi şüarlar yazılan plakatlar tutublar.

Etiraz aksiyasına hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə ediblər.

Bu zaman islahatçı tələbələrlə mühafizəkar tələbələr arasında mütəmadi olaraq toqquşmalar baş verib. Mühafizəkarlar aksiyanın keçirilməsinə mane olmağa çalışıblar, iştirakçıları qanunlara riayət etməyə və universiteti tərk etməyə çağırıblar.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Bunu da oxu

“SƏLİS Könüllülər” Birliyi təsis olunur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin “Könüllülər ili” e…