Əsas Səhifə Slide-az Teledərslərin sabaha olan cədvəli açıqlandı

Teledərslərin sabaha olan cədvəli açıqlandı

2 dəqiqə oxundu
0
0
52

“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin və peşə təhsili üzrə teledərslərin mayın 15-i üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Sosialxəbər.az xəbər verir ki, Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi Yutub (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı Feysbuk səhifəsindən, eyni zamanda “Təhsil” televiziyasının Feysvuk səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Bunu da oxu

Düşmənlə öz dilində danışmalıyıq

Millət vəkili, Mədəniyyət Komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva bu gün…