Əsas Səhifə Slide-az Telefonun “donması”nın qarşısını alan üsullar

Telefonun “donması”nın qarşısını alan üsullar

2 dəqiqə oxundu
0
0
192

Telefonunuzun “donmaması” üçün cihazınızda çox yer tutan və fon rejimində işləyən tətbiqlər silinməlidir. Buna əsasən smartfonun iş masasına yerləşdirilən vidcetlər daxildir.

Sosialxəbər.az bildirir ki, “Praym”ın məlumatına görə, bu barədə Rusiyada NAFİ-nin (Maliyyə Tədqiqatları üzrə Milli Agentlik) “Rəqəmsal vətəndaş” platformasının eksperti Vladimir Qritsenko bildirib.

Onun sözlərinə görə, adətən “Android” və “iOS” platformalarında olan köhnə smartfonlar yavaş işləyir. Ancaq “Android Go” sistemi ilə təchiz olunmuş müasir büdcəli qadcetlər də istisna deyil, onlarda da “donma” müşahidə olunur.

Belə smartfonların işini yüngülləşdirmək üçün  “Facebook”, “YouTube” və sair “ağır” tətbiqləri ləğv etmək lazımdır. Ekspertin sözlərinə görə, belə proqramların əksəriyyətinin “Android” üçün “Facebook Lite”, “Google Maps Go” və sair kimi yüngül analoqları mövcuddur. Həmçinin həmin servislərə sayt vasitəsi ilə də daxil olmaq olar.

V.Qritsenko onu da bildirib ki, sistem interfeysində qrafik effektləri və animasiyanın istifadəsi məhdud olmalıdır və fon məzmunu yeniləməsi aradan qaldırılmalıdır.

“Telefonunuz yavaş işləyirsə, “donmalardan” yaxa qurtarmağın ən yaxşı həlli, ultra büdcəli həllər sinifinə aid olmayan hər hansı müasir smartfon almaqdır”, – deyə mütəxəssis sözlərini yekunlaşdırıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…