Əsas Səhifə QHT - lər Terrorizmin yeni metodologiyası

Terrorizmin yeni metodologiyası

3 dəqiqə oxundu
0
0
43

Mövcud pandemiyanın davam etməsinə baxmayaraq, dünya terror dilemması qarşısında qalmaqda davam edir.. Terrora dəstək verən qüvvələri bir daha lənətləmək zorunda qalırıq. Dünyada terrorun, separatizmin böyük güclərin layihəsi olması artıq heç kimdə şübhə doğurmur.

11 sentyabrda ABŞ tarixində baş verən faciə onu bir daha göstərdi ki, heç bir dövlət terrordan sığortalanmayıb. 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin binalarının terror hücumları zamanı partladılması terrora münasibəti və mübarizəni xeyli dəyişsə də erməni terrorizminə münasibəti təəssüf ki, dəyişmədi.

Bu gün Ermənistan dövlət səviyyəsində terrorizmin yeni metodologiyasını işğal olunmuş Dağlıq Qarabağda tətbiq etməkdədir. Beləki Orta Şərqdə oturuşmuş terror şəbəkəsinin nümayəndələrini Ermənistan Qarabağa çağıraraq könüllülərdən ibarət hərbi dəstələr formalaşdırırır. Sülhdən, sabitlikdən ağızdolusu danışan dünyanın aparıcı qüvvələri nədənsə terrorizmin yeni təzahürünə göz yumur. Rusiya daxil olmaqla bəzi dövlətlər Ermənistana hərbi dəstəyini dayandırmır. Belə qeyri səmimi, riyakar gedişlə Dağlıq Qarabağ münaqişəsinin həllinə yox, onun çox uzanmasına dəstək olurlar.

Bütün bunların nəticəsidir ki, dünyada konfliktlərin həllində nəinki yumşalmalar hiss olunmur, əksinə təhlükəli tendensiyalar getdikcə daha da artmaqdadır. Narahatçılıq doğuran bu, proseslərin gələcəyidir.

Əkrəm Bəydəmirli

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin QHT - lər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…