Əsas Səhifə İdman Teymur Rəcəbov FIDE Qran-Prisini heç-heçə ilə başladı

Teymur Rəcəbov FIDE Qran-Prisini heç-heçə ilə başladı

2 dəqiqə oxundu
0
0
24

Hamburqda FIDE Qran-Prisinin üçüncü mərhələsinin səkkizdəbir final oyunları keçirilib.

Sosialxəbər.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Teymur Rəcəbovun rusiyalı şahmatçı Daniel Dubovla qarşılaşması heç-heçə başa çatıb. Noyabrın 6-da şahmatçılar arasında ikinci qarşılaşma keçiriləcək. Qalib müəyyənləşməsə onlar “tay brek”də görüşəcəklər.

Qeyd edək ki, Hamburq Qran-Prisi Teymur Rəcəbovun dünya kuboku turnirindən sonra iştirak etdiyi ilk yarışdır. Təmsilçimiz Azərbaycanın şahmat tarixində ilk dəfə dünya kuboku turnirinin qalibi olub. O, eyni zamanda, iddiaçılar turnirində birbaşa iştirak hüququ da qazanıb.

Qran-Pri turnirləri Olimpiya sistemi (uduzan çıxır) üzrə keçirilir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin İdman

Bir cavab yazın

Bunu da oxu

Ölkəmizdə yeni doğulan 4 körpədə korona tapıldı

COVİD-19 pozitiv olan analardan doğulan 16 körpə hazırda şöbəmizdə həkimlərin nəzarəti alt…