Əsas Səhifə Siyasət “Tezliklə sülh danışıqlarının başlanmasını istəyirik” – İqor Popov

“Tezliklə sülh danışıqlarının başlanmasını istəyirik” – İqor Popov

2 dəqiqə oxundu
0
0
26

ATƏT-in Minsk qrupunun Rusiyalı həmsədri İqor Popov bu gün Azərbaycan prezidenti İlham Əliyevlə keçirilən görüşdə bildirib ki, həmsədr ölkələr tezliklə əsaslı sülh danışıqlarının başlanmasını istəyir.

“Minsk qrupunun tərkibində ABŞ və Fransadan yeni həmsədrlərin olmasına baxmayaraq, təmsil etdikləri ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeləri dəyişməz qalır və həmsədr ölkələr tezliklə əsaslı sülh danışıqlarının başlanmasını istəyirlər”-deyə Popov vurğulayıb.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqlandı, İqor Popovu, Stefan Viskontini və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Siyasət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…