Əsas Səhifə Siyasət Tofiq Yaqublu xəstəxanadan evə buraxıldı

Tofiq Yaqublu xəstəxanadan evə buraxıldı

2 dəqiqə oxundu
0
0
126

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu xəstəxanadan evə buraxılıb.

Sosialxəbər.az “Report”-a istinadən xəbər verir ki, o, müalicə aldığı “City Hospital”ın qarşısında jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi T.Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Bu gün Bakı Apellyasiya Məhkəməsində həmin hökmdən verilən şikayətə baxılıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.

T.Yaqublu 17 gündür aclıq aksiyası keçirirdi. O, sentyabrın 12-də istintaq təcridxanasından “City Hospital”a köçürülüb.

Bu gün Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə T.Yaqublu barədə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə qərarından sonra aclıq aksiyasını dayandırıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Siyasət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Müharibədən sonrakı dövr: İrəvanı nə gözləyir?

Ermənistan iqtisadiyyatı savaşın ilk günlərindən mövcud duruma reaksiya verməyə başlayıb. …